\
6 Oktyabr 2024 - Bazar günü

Parlamentdə deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”

Parlamentdə deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”
1953baxış
Milli Məclisin iclasında deputatlar Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə düşüb. 
 
Mediapress.az-ın Oxu.Az-a istinadən məlumatına görə, M.Qasımlı çıxışında Yardımlıda əhaliyə paylanılan yardımlardan danışarkən deyib ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilməz: 
 
"Yardımların paylanılmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”, - deyə M.Qasımlı S.Rüstəmxanlıya replika atıb. 
 
Bu isə deputat S.Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq paylanılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib. 
 
"Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”, - deyə o, əlavə edib.