\
6 Oktyabr 2024 - Bazar günü

"Səbail"in futbolçusu "Barselona" ilə oyunu xatırladı

"Səbail"in futbolçusu "Barselona" ilə oyunu xatırladı
1672baxış

"Səbail"in futbolçusu Maykl Essyen İngiltərənin "Çelsi" klubunda çıxış etdiyi vaxt Çempionlar Liqasında İspaniya "Barselona"sı ilə keçirdikləri yarımfinal mərhələsinin cavab oyununu yada salıb.

"Mediapress.az"ın Qana mətbuatına istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi 2008/2009 mövsümünə təsadüf etmiş qarşılaşmanın özü və komandası üçün arzuolunan nəticə ilə başa çatmadığını bildirib.

"Bu, karyeramda ən yaxşı oyunlardan biri idi. "Barselona" kimi böyük komandaya qarşı çıxış edirdik. Vurduğum qol gözəl alınsa da, nəticə bizim üçün məyusedici oldu" deyə o, vurğulayıb.

Qeyd edək ki, Maykl Essyen sözügedən matçın 9-cu dəqiqəsində hesabı açsa da, Andres İnyestda 90-cı dəqiqədə bərabərlik qolunu vurub. İspaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alındığından, "Barselona" cavab qarşılaşmasındakı səfər qolu sayəsində finala yüksəlib.