\
6 Oktyabr 2024 - Bazar günü

Milli Məclis Aparatının işçisi təqaüdə göndərildi

Milli Məclis Aparatının işçisi təqaüdə göndərildi
1688baxış

Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdəki vəzifəsindən azad edilib.

Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla R.Ağalarov Milli Məclis Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini vəzifəsindən azad olunub. O, təqaüdə göndərilib.

Qeyd edək ki, R.Ağalarov II çağırış (2000 – 2005) Milli Məclisin deputatı olub.