\
6 Oktyabr 2024 - Bazar günü

Karantində işləyən özəl bağça aşkarlandı - Fotolar

Karantində işləyən özəl bağça aşkarlandı - Fotolar
1858baxış

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə ŞBPİ-nin Kəpəz  rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıb.

DİN-in  Mətbuat Xidmətinin Gəncə regional qrupundan KİV-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. G. Günəşli və bağçanın digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncə son günlər koronavirusa yoluxma halının ən çox qeydə alındığı şəhərdir. Rəsmilərin bildirdiyinə görə, buna səbəb əhalinin karantin qaydalarına əməl etməməsidir.