İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələrinə baxış keçirib - Fotolar
Kənd Təsərrüfatı naziri İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası əsasında pambıq əkini sahəsinə baxış keçirib.
Nazir Bərdə rayonunda baramaqurutma məntəqəsində tikinti işlərinin gedişi ilə tanış olub, Yeni Daşkənd kəndi ərazisində pambıq və taxıl sahələrinə baxış keçirib, soğan yığımı prosesini izləyib, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb.
Daha sonra nazir Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Zona Təcrübə Stansiyasının inzibati binasında yenidənqurma işləri ilə tanış olub, Tərtər rayonu sort sınaq məntəqəsində yeni üsulla pambıq əkini sahəsinə, İrəvanlı kəndində intensiv meyvə bağı, istixana və meyvə çeşidləmə məntəqəsinə baxış keçirib.