\
6 Oktyabr 2024 - Bazar günü

Nazir: "Uşaq bağçaları yayda açılmayacaq"

Nazir: "Uşaq bağçaları yayda açılmayacaq"
1919baxış

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib ki, dövlət bağçalarının yay ayı ərzində açılması nəzərdə tutulmur.

Nazirin sözlərinə görə, dövlət müəssisələrində çalışan pedaqoji heyət əmək haqlarını tam alıb: "Özəl sektora bağlı dövlətin dəstək mexanizmi özəl bağçaları da əhatə edir. Yay aylarında isə bağçalar fəaliyyət göstərmir. İyunun ayının 1-dən məktəbəqədər təhsil müəssisələrin açılması barədə qərar yoxdur”.