\
6 Oktyabr 2024 - Bazar günü

Milli Məclis Aparatında yeni təyinat

Milli Məclis Aparatında yeni təyinat
1979baxış

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib. 

Yeni müavin Yaşar Əməşovdur. Y. Əməşov 1976-ci ildə Cəlilabad rayonunda anadan olub. 

1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. İngilis və rus dillərini bilir.

2000–2004-cü illərdə Milli Məclis Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.

2018–2019-cu illərdə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.

2019–2020-ci illərdə  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

Evlidir, 3 övladı var.