\
6 Oktyabr 2024 - Bazar günü

"Real Madrid"in futbolçusunun evdə məşq zamanı ayağı sınıb

"Real Madrid"in futbolçusunun evdə məşq zamanı ayağı sınıb
1019baxış

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Yoviç zədələnib. 

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun sağ ayağında sınıq aşkarlanıb. 

Serbiyalı oyunçunun bərpa müddəti ilə bağlı məlumat verilməyib. 

İspaniya mediası Yoviçin evdə məşq zamanı zədələndiyini yazıb. 

Qeyd edək ki, Luka Yoviç cari mövsüm "Real Madrid"in heyətində 24 oyunda meydanda olub. Forvard 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.