\
6 Oktyabr 2024 - Bazar günü

Yevlaxda 78 yaşlı qadını qarət edənlər saxlanıldı - FOTO

Yevlaxda 78 yaşlı qadını qarət edənlər saxlanıldı - FOTO
1891baxış

evlax rayon sakini, 1942-ci il təvəllüdlü Z.Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2 naməlum şəxsin ona məxsus evə daxil olaraq 1 000 manat pulunu qarət etdiklərini bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən xəbərdə bildirilir ki, məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. 

 

Amil Qənbərov

 

Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1 000 manat pulu götürərək qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.