\
6 Oktyabr 2024 - Bazar günü

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi
1849baxış
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.