\
6 Oktyabr 2024 - Bazar günü

Bakıda gecə saatlarında şam ağacları kəsildi - FOTO

Bakıda gecə saatlarında şam ağacları kəsildi - FOTO
1748baxış

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə KİV-ə nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub".

Nazirlik rəsmisi eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, gecə saatlarında xəlvəti şəkildə ağac kəsintisinə hələ də yol verilir: "Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var".