\
6 Oktyabr 2024 - Bazar günü

Rusiyada daha 107 nəfər koronavirusdan öldü

Rusiyada daha 107 nəfər koronavirusdan öldü
1723baxış

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 10 899 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 232 243 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 116 nəfərə çatıb. Yoluxma sayına görə Rusiya İtaliya və Böyük Britaniyanı keçərək 3-cü ölkə olub.

 

Ölkə ərazisində ümumilikdə 43 512 nəfər virusdan sağalıb, 186 615 nəfərin müalicəsi isə davam edir.