\
6 Oktyabr 2024 - Bazar günü

Haftara ağır zərbə: Tankerləri vuruldu

Haftara ağır zərbə: Tankerləri vuruldu
1801baxış

Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr qiyamçı Xəlifə Haftara yanacaq daşıyan 2 tankeri vurub.

Axar.az xəbər verir ki, bunu hökumətə bağlı qüvvələrin sözçüsü Məhəmməd Kununu deyib.

O bildirib ki, hərbi əməliyyat sahəsi elan edilən ərazilərə silahlı avtomobillərin və yanacaq tankerlərinin icazəsiz giriş-çıxışı qadağandır.