\
5 Oktyabr 2024 - Şənbə

Energetika nazirinin müavini dəyişib

Energetika nazirinin müavini dəyişib
1943baxış

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə "Report"a Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Kamal Abbasov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisi, sonra isə rəis müavini vəzifələrində çalışıb.