\
5 Oktyabr 2024 - Şənbə

Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"

Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
1969baxış

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, iyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, qərar qəbul edilə bilər.

"Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar, yəqin, iyunun 1-dən mümkün olsun", - o əlavə edib.