\
5 Oktyabr 2024 - Şənbə

AzTU-nun tələbə-rektorunun təşəbbüsü ilə imtahanlarla bağlı onlayn çat yaradılıb

AzTU-nun tələbə-rektorunun təşəbbüsü ilə imtahanlarla bağlı onlayn çat yaradılıb
1784baxış

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) üzvlərindən ibarət operativ qrup onlayn çat yaradıb.

Mediapress.az xəbər verir ki, onlayn çat imtahan sessiyası müddətində tələbələrin nəzarəti ilə fəaliyyət göstərəcək. Bu müddət ərzində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin ediləcək. Qeyd edək ki, onlayn çatın yaradılması tələbə məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.