\
5 Oktyabr 2024 - Şənbə

Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
1876baxış

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb.