\
5 Oktyabr 2024 - Şənbə

Deputat koronavirusdan ölən həkim haqda danışdı

Deputat koronavirusdan ölən həkim haqda danışdı
1903baxış

 

Mediapress.az xəbər verir ki, Gəncədən seçilən deputat Naqif Həmzəyev koronavirusdan ölən həkim barəsində danışıb: 
 
"Həyatımızı alt-üst edən koronovirus daha bir can aldı. Həyatını öz pasiyentlərinin sağlamlığına həsr edən, Gəncənin sayılıb-seçilən travmatoloq həkimi Mehman Hüseynovun vaxtsız vəfatı onu tanıyanları göz yaşlarına boğdu. Dünən dünyasını dəyişən həkim Mehman Hüseynovun yaxınlarına başsağlığı verirəm"
 
Qeyd edək ki,travmatoloq Mehman Hüseynov bir müddət Bakıda xüsusi xəstəxanada müalicə alıb.