\
5 Oktyabr 2024 - Şənbə

Bakıda iş adamı koronavirusdan vəfat etdi (FOTO)

Bakıda iş adamı koronavirusdan vəfat etdi (FOTO)
1763baxış
Bakıda iş adamı Fərid Əliyev koronovirusdan vəfat edib.
 
Yaxınlarının Trend-ə verdiyi məlumata görə, mərhum qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəksə də, bu barədə həkimə müraciət etməyib.Mərhumun ev şəraitində özünü müalicə etməyə çalışması ölümlə nəticələnib. Yalnız bir həftə keçdikdən sonra təcili yardıma müraciət olunub, F. Əliyev təcili yardımla xəstəxanaya aparılarkən yolda vəfat edib.
 
Yaxınlarının bildirdiyinə görə, F. Əliyev əvəllər hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb, sadəcə son zamanlar koronavirus əlamətləri olsa da, səhlənkarlıq edib, həkimə müraciət etməyib.
 
O, bu gün doğulduğu Ağcabədi rayonunda dəfn olunub.
 
Qeyd edək ki, F. Əliyevin iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib.