\
5 Oktyabr 2024 - Şənbə

Bakı Apelyasiya Məhkəməsinin hakimi vəfat etdi (FOTO)

Bakı Apelyasiya Məhkəməsinin hakimi vəfat etdi (FOTO)
1793baxış
Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.
 
Onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
 
Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub. ( e-huquq.az)
 
Allah rəhmət eləsin!