\
5 Oktyabr 2024 - Şənbə

Goranboyda 2 nəfər bıçaqlanıb

Goranboyda 2 nəfər bıçaqlanıb
1765baxış

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Mediapress.az"ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Ağcakəndində olub. 

 

Bıçaq xəsarətləri alan şəxslər Əliyev Məqsəd Namaz oğlu və Kərimov Hikmət Məzahir oğludur. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, M.Əliyev H.Kərimovun ögey atasıdır, onlar aralarında olan şəxsi münaqişə zəminində bir-birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.