Müdafiə Nazirliyi Milli Qurtuluş Günü ilə bağlı video-çarx hazırlayıb - VİDEO
Müdafiə Nazirliyi 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı video-çarx yayıb.
Video-çarxda 1993-cü ilin ikinci yarısına qədər Azərbaycanda baş verən hadisələrdən bəhs olunur.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Ordusunun dünyanın qabaqçıl orduları sırasına qoşulması istiqamətində zəruri addımlar atıldı: “Hərb elminə və sənətində xüsusi üstünlük verən milli liderin Silahlı Qüvvələrə diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü orduları sırasına qoşula bildi”.
Video-çarxda həmçinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərqərar olunmasından bəhs edilir.