\
5 Oktyabr 2024 - Şənbə

Deputat oğlunun Londonda şirkəti üzə çıxdı (FOTOLAR)

Deputat oğlunun Londonda şirkəti üzə çıxdı (FOTOLAR)
1876baxış
Deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LIJARO ASSET MANAGEMENT (UK) LLP-nin şəhmdarları sırasına qatılıb.
 
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
 
Ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir.
 
Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KINGS COPSE residensiyası da var.
 
Xatırladaq ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) şirkətini təsis edib.
 
Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur.
 
Qardaşlar 2007-ci ildən ki, Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.
 
Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında "Parket Azər" kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.
 
  •