\
5 Oktyabr 2024 - Şənbə

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
1788baxış

Milli Hidrometeorologiya Xidməti iyunun 16-na olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Mediapress.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  28-33, Bakıda gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz  45-55 faiz  təşkil edəcək.

16 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq,

ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz  34-39, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə  isti olacaq. 

Sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da  meteohəssas insanlar üçün müsbət amildir.