\
5 Oktyabr 2024 - Şənbə

"Heydər Əliyev Azərbaycanın inkişafı üçün bütün varlığı ilə çalışıb!" - Tural Müseyibov - VİDEO

"Heydər Əliyev Azərbaycanın inkişafı üçün bütün varlığı ilə çalışıb!" - Tural Müseyibov - VİDEO
1112baxış
 
Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkələrdəki səhifələrində maraqlı paylaşım edib. 
 
Mediapress.az həmin paylaşımı təqdim edir: 
 
"Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın inkişafı üçün gecə-gündüz demədən bütün varlığı ilə çalışıb. Həyatını təhlükəyə atan Heydər Əliyev üçün dövlət, xalq və dövlətçilik maraqları öndə olub. Sovet dönəmində dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyevin həyat amalı Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı olub.
Bu ideya və amalı özünə həyat şüarı seçən, adlarını belə bilmədiyimiz vətən övladları bu gün Dövlət Təhlükəsizliyi Xidmətində çalışır. Tam məsuliyyətimlə deyirəm ki, bu şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətini seçməsi, bu peşəyə bağlılığı da peşəkar general - mayor Heydər Əliyevə olan sevgidən qaynaqlanır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında DTX - nın son əməliyyatları xüsusi diqqət və altını çizərək deyərdim ki, böyük rəğbətlə qarşılandı.
"Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur!" - deyən Cənab Prezidentin tapşırığı ilə ölkənin həssas təbəqəsinin haqqına əl uzandanların əlləri qandallandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə sabit və təhlükəsiz Azərbaycan naminə çalışan vətən övladlarımızın xidmətlərini özündə əks etdirən bir videoçarx hazırladım.
Video çarxın ərsəyə gəlməsində zəhməti olan peşəkar Nicat Qayibova təşəkkür edirəm".