\
5 Oktyabr 2024 - Şənbə

İtaliyanın Xarici İşlər naziri Türkiyəyə səfər edəcək

İtaliyanın Xarici İşlər naziri Türkiyəyə səfər edəcək
1848baxış

İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo iyunun 17-də Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində ikitərəfli əlaqələr, Türkiyənin Avropa İttifaqına üzv qəbulu məsələsi, yeni növ koronavirusla (COVID-19) bağlı birgə mübarizə və digər regional mövzularda fikir mübadiəsi aparılacaq.

Məlumatda o da qeyd olunub ki, həmkarı Mövlud Çavuşoğlunun dəvətilə gedən Luici Di Mayonun bu il ərzində Türkiyəyə ikinci rəsmi səfəridir.