Vilayət Eyvazov yeni inzibati binaların açılışını etdi - FOTO
15 iyun - Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
DİN-in Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.
Nazir yeni binaların foyesində olan ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, növbətçi hissələrə, xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb.
General-polkovnik Vilayət Eyvazov görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. O, xalqımız üçün ən əlamətdar günlərdən biri olan Milli Qurtuluş Günündə iki yeni inzibati binanın açılışını məmnunluqla qeyd edərək əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətin göstərdiyi bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək.