\
5 Oktyabr 2024 - Şənbə

Şimali Koreyadan təhlükəli həmlə: əsgərləri sərhədə yığacaq

Şimali Koreyadan təhlükəli həmlə: əsgərləri sərhədə yığacaq
1657baxış
Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjonun ötən həftə Cənubi Koreyanı təhdid etməsindən sonra vəziyyət get-gedə qızışır.
 
Qaynarinfo xəbər verir ki, onun sərhədə ordu göndərməsi təhdidindən sonra bu dəfə də Şimali Koreya ordusundan açıqlama verilib. Bildirilib ki, sərhədə əsgər göndərmək üçün plan 
 
"Ordumuzu bufer zonasına göndərmək üçün əməliyyat planı üzərində işləyirik. Hökumətin qəbul edəcəyi qərarlar çərçivəsində hərəkət etməyə hazırıq və həyəcan vəziyyətindəyik".
 
Qeyd edək ki, həftə sonu Cənubi Koreya sərhədindən Pxenyan rejimi əleyhinə propaqanda məqsədli broşür və şar göndərilməsi iki ölkə arasında gərginliyin artmasına səbəb olub.