Yayılan videogörüntü Bəhram Bağırzadəyə aiddir? - RƏSMİ AÇIQLAMA
Mərkəzi Gömrük Hospitalı bir xəstəyə tibbi müdaxilə zamanı çəkilən və sosial şəbəkələrdə yayılan videoda əksini tapan şəxsin əməkdar artist Bəhram Bağırzadə olması ilə bağlı iddialara münasibət bildirib.
Hospitalın Mətbuat xidmətindən “Report”a bildirilib ki, görüntülərin tibb müəssisəsinə heç bir aidiyyəti yoxdur və Mərkəzi Gömrük Hospitalda çəkilməyib.
Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.