\
5 Oktyabr 2024 - Şənbə

"Bəhram sağdır..."

"Bəhram sağdır..."
1761baxış

Əməkdar artist Cabir İmanov həmkarı Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı İnstaqram hesabında açıqlama verib:

"Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloggerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin".

Xatırladaq ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.