Yas mərasimlərində ehsan vermək məqsədilə kütləvi toplaşmalara son! - Mübariz Qurbanlıdan tapşırıq
"Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər".
Mediapress.az xəbər verir ki, bunu "Trend"ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bizim komitənin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir.
Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün təlimatlarını yerinə yetirməliyik”.