\
5 Oktyabr 2024 - Şənbə

Dəfndə iştirak üçün 102-dən icazə alınacaq

Dəfndə iştirak üçün 102-dən icazə alınacaq
1839baxış

“Yaxın qohumların dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin "102" xidmətindən icazə alınmalıdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in 102 Zəng Xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcək”, o bildirib.