\
5 Oktyabr 2024 - Şənbə

Koronavirus testi verən deputat: "Özümü yaxşı hiss etmirəm"

Koronavirus testi verən deputat: "Özümü yaxşı hiss etmirəm"
1763baxış

"İndi bir az özümü yaxşı hiss etmirəm".

Bunu "Mediapress.az"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, bir neçə gün əvvəl koronavirus testi verib:

"Hələ ki, testin nəticəsi açıqlanmayıb. Ona görə də koronovirusa yoluxub-yoluxmamağımla bağlı heç nə deyə bilmərəm. Əgər testin nəticəsi pozitiv olsa, bununla bağlı özüm məlumat verəcəm".

Qeyd edək ki, sosial şəbəkələrdə S.Alıyevin koronavirusa yoluxması barədə məlumat yayılıb.