\
5 Oktyabr 2024 - Şənbə

“Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaş qəbulu keçirib

“Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaş qəbulu keçirib
1724baxış

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

“Azəriqaz”dan “Mediapress.az”a verilən məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb.

 

Qəbulda bölgənin 10-dan çox vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qazdan istifadəyə görə yaranan borcların ödənişində güzəştlərin edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Sonda Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə dərhal həll edilməsi mümkün olan məsələlərin vaxtında icrası tapşırılıb. Xüsusilə karantin rejimi dövründə bölgədə abonentlərin müraciətlərinə operativ və anlayışla yanaşılması göstərişi verilib.