\
5 Oktyabr 2024 - Şənbə

"Bavariya" "Frayburq"a qalib gəlib

"Bavariya" "Frayburq"a qalib gəlib
1744baxış

Almaniya Bundesliqasının 33-cü turunun matçında Münhen "Bavariya"sı "Frayburq"u qəbul edib.

Mediapress.az” xəbər verir ki, qarşılaşma Münhendə "Alyans-Arena" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Hesabı15-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Yozua Kimmix açıb. Birinci hissənin ortalarında hücumçu Robert Levandovski meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb. Bundan yeddi dəqiqə sonra "Frayburq"un hücumçusu Lukas Xyoler hesab arasındakı fərqi azaldıb. Lakin birinci hissənin sonunda Levandovski dubl edib.