\
5 Oktyabr 2024 - Şənbə

Bakının küçələri növbəti dəfə dezinfeksiya edildi - FOTO

Bakının küçələri növbəti dəfə dezinfeksiya edildi - FOTO
1701baxış

Dövlət başcısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən KİV-ə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.