\
5 Oktyabr 2024 - Şənbə

"Xalq Bank"ın filial müdiri çimərlikdə batan uşağı xilas etsə də, özü batıb... - Eksklüziv

"Xalq Bank"ın filial müdiri çimərlikdə batan uşağı xilas etsə də, özü batıb... - Eksklüziv
1092baxış

Dünən Şüvəlandakı çimərliklərin birində ölüm hadisəsi baş verib. 

Belə ki, 40 yaşlı Yusif Məmmədov faciəvi şəkildə boğulub. 

Qeyd edək ki, Y.Məmmədov öz həyatını təhlükəyə ataraq, dənizdə batan azyaşlı bir uşağı xilas edib. Lakin özü ləpələrin arasında gözdən itib. 

"Hər şey anidən baş verib. Hadisənin şahidlərinin dediklərinə görə, qardaşım Yusif dənizdə çapalayan bir uşağı xilas etməyə can atıb. O, uşağı çıxarıb, yanındakı adamlara təhvil versə də, özü qəflətən batıb", - deyə qardaşı Elnur Məmmədli Mediapress.az-a hadisə ilə bağlı açıqlama verib. 

Əlavə edək ki, Yusif Məmmədli "Xalq Bank"ı filial müdiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var...

Allah rəhmət eləsin!

Könül Aypara