\
5 Oktyabr 2024 - Şənbə

Misirdə 13 terrorçuya ömürlük həbs cəzası verilib

Misirdə 13 terrorçuya ömürlük həbs cəzası verilib
1763baxış

Misirdə terror fəaliyyətilə məşğul olmaqda şübhəli bilinərək saxlanılan şəxslərin cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.

"Mediapress.az"ın xəbərinə görə, Qahirədə keçirilən prosesdə 16 terrorçuya hökm oxunub. 

 

Hökmə əsasən, 13 nəfər azadlıqdan ömürlük məhkum edilib, 3 nəfərə 15 il həbs cəzası verilib. 

Bundan başqa, terrorçular 3 milyon Misir funtu məbləğində (təqribən 185 000 ABŞ dolları) cərimə edilib. Eyni zamanda 3 terrorçu həbs müddəti bitdikdən sonra beş il ərzində polis nəzarətində olacaqlar.