\
5 Oktyabr 2024 - Şənbə

Müdafiə naziri Moskvaya dəvət edildi

Müdafiə naziri Moskvaya dəvət edildi
1777baxış
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.
 
Nazirlikdən Mediapress.az-a verilən məlumata görə, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.
Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.
 
 
Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.