\
5 Oktyabr 2024 - Şənbə

DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!

DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!
1689baxış

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə 1 dəfə olmaqla 2 saat müddətinə icazə verilib. Lakin ötən gün ərzində aparılan müşahidələr göstərir ki, SMS məlumat vasitəsi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar.