\
5 Oktyabr 2024 - Şənbə

“Rabitəbank”ın saytında problem yaranıb

“Rabitəbank”ın saytında problem yaranıb
1787baxış

“Rabitəbank” ASC-nin internet səhifəsinin işində problem yaranıb. 

Mediapress.az” xəbər verir ki, saytdakı bölmələrə daxil olmaq, hansısa məhsul (kredit) sifariş vermək, ödəniş etmək mümkün deyil. 

 

Problemin səbəbi barədə hələ ki, heç bir açıqlama verilməyib. 

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.