\
5 Oktyabr 2024 - Şənbə

Türk ordusundan zərbə: Kritik bölgə ələ keçirildi

Türk ordusundan zərbə: Kritik bölgə ələ keçirildi
1889baxış

Türkiyə Silhalı Qüvvələri “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində PKK-ya daha bir zərbə vurub.

Axar.az xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK-nın “xüsusi təyinatlıların düşərgəsi” sayılan Mervanis terrorçulardan təmizlənib.

Məlumata görə, Mervanis PKK-nın ən kritik bölgəsi sayılır.

Türk PUA-ları və “Atak” hücum helikopterləri tərəfindən düşərgənin atəşə tutulması ilə terrorçular ərazidən uzaqlaşıb.

Bundan başqa, 700 komando bölgəyə göndərilib.