\
5 Oktyabr 2024 - Şənbə

Gürcüstanda koronavirusa yoluxanların sayı 953-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 953-ə çatdı
1830baxış

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 953-ə çatıb. Xəstəlikdən 830 nəfər sağalıb, 15 nəfər isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 3 828, stasionar nəzarətdə isə 192 nəfər saxlanılır.