\
4 Oktyabr 2024 - Cümə

"Bütün təhlükələr və problemlərə qarşı həmişə Azərbaycanla bir yerdə olmuşuq" - Erkan Özoral

"Bütün təhlükələr və problemlərə qarşı həmişə Azərbaycanla bir yerdə olmuşuq" - Erkan Özoral
1837baxış
"İyulun 15-də FETÖ terror təşkilatı və onun başçısı Fətullah Gülən tərəfindən çevriliş cəhdi həyata keçirilərkən xalq dövlət başçısının çağırışına cavab verib küçələrə çıxdı və vətənini xilas etdi".
 
Mediapress.az xəbər verir ki, bunu 15 iyul hadisələrinin 4-cü ildönümünə həsr olunmuş videokonfransda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
 
Dövlət çevrilişi cəhdinin 251 vətəndaşın həyatı bahasına gəldiyini qeyd edən səfir terrorçu təşkilata qarşı mübarizədə Azərbaycanın da daim yanlarında olduğunu deyib: “Azərbaycan Prezidenti İlham Əliyev hamıdan əvvəl dövlət başçımız Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq dəstəyini ifadə etmişdi. Biz bütün təhlükələr və problemlərə qarşı həmişə Azərbaycanla bir yerdə olmuşuq və bütün hallarda Azərbaycanın yanında olduğumuzu bir daha bildiririk”.
 
Səfirin daxili siyasət məsələlərinə dair müşaviri Mehmet Tomuk da FETÖ təşkilatının müxtəlif dərsxanalar vasitəsilə həm Türkiyədə, həm də xarici ölkələrdə nüfuzunu genişləndirməyə çalışdığını bildirib: “Onlar öz üzvlərini hazırlayaraq bütün dövlət qurumlarına soxulmağa çağırıb və beləcə hakimiyyəti ələ keçiriblər. Bu təşkilat əsl niyyətlərini daim gizli saxlayıb”.