\
4 Oktyabr 2024 - Cümə

Rusiyada pandemiya qurbanlarının sayı 12 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 12 mini ötdü
1895baxış

Rusiyada son bir gündə daha 6 406 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 759 203 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 186 nəfər artaraq 12 123-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 539 373 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 575 nəfər.