\
4 Oktyabr 2024 - Cümə

Gənc haker Ermənistanın stratejik saytlarını "dağıdıb"! - "Bu hələ kiçik bir hücumdur" - VİDEO

Gənc haker Ermənistanın stratejik saytlarını "dağıdıb"! - "Bu hələ kiçik bir hücumdur" - VİDEO
1068baxış

Azərbaycanlı haker Orxan Fərəcov erməni saytlarına hücum edib. O, Ermənistanın stratejik saytlarını "dağıdıb". 

Məlumatı Mediapress.az-a O.Fərəcov özü verib:

"Əziz millətim, hər birinizi salamlayıram. Bu kiçik bir hücumdur. Növbəti günlərdə daha stratejik saytlara, serverlərə və s. kiber hücum etməyə çalışacam. Ermənistan dövlətinə məxsus bütün IP adresləri (646769 ədəd) əlimdədir. Sadəcə biraz vaxt lazımdır ki, stratejik olan serverlərə zərər verim. Əlavə olaraq da xahiş edirəm ki, rəy bölməsində söyüş yazmayın. Unutmayın ki, ermənilər hər nə qədər ən ağır söyüşə layiq olsa da, burada yazılanları Azərbaycan xanımları da oxuyur.

Allah səngərdəki əsgərlərimizi qorusun! Allahdan cəmi Şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm!"