\
4 Oktyabr 2024 - Cümə

Məleykə Abbaszadənin qızı vəfat edib! - Dövlət Pedoqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru idi...

Məleykə Abbaszadənin qızı vəfat edib! - Dövlət Pedoqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru idi...
3022baxış

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ailəsində faciə baş verib.

Mediapress.az Sfera.az-a istinadən xəbər verir ki, DİM rəhbərinin qızı Nigar Abbaszadə qəfil ürəktutmadan dünyasını dəyişib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.

Hazırda 44 yaşlı Nigar Abbaszadənin nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

Xatırladaq ki, Nigar Abbaszadə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorudur.