\
4 Oktyabr 2024 - Cümə

DİN-dən sənədini yoxladığı qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı - AÇIQLAMA

DİN-dən sənədini yoxladığı qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı - AÇIQLAMA
1143baxış

Dünən sosial şəbəkələrdə metronun "Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.
 
"Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib.