\
4 Oktyabr 2024 - Cümə

“Bizim cəbhəmiz elm, silahımız tarixi faktlardır” - Şəhla Aslan - VİDEO - FOTOLAR

“Bizim cəbhəmiz elm, silahımız tarixi faktlardır” - Şəhla Aslan - VİDEO - FOTOLAR
1483baxış

Mediapress.az-ın məlumatına görə, Türkiyədə təhsil alan bir qrup xarici tələbə Azərbaycana həmrəylik nümayiş etdiriblər.

Belə ki, müxtəlif dövlətləri təmsil edən tələbələr video-müraciət edərək son günlər Ermənistanın Azərbaycan tərəfə növbəti hücumu nəticəsində Tovuz istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərə rəhmət, ailələrinə səbr diləyiblər.

Dəstək videosunu sosial hesabında paylaşan, araşdırmaçı-jurnalist, Türkiyənin Gazi universitetinin doktorantı Şəhla Aslan saytımıza açıqlamasında təşəbbüsün tələbələr tərəfindən gəldiyini söyləyib:

“Son günlər dostlarımızla birlikdə Azərbaycanda yaşananları mediyadan həyacanla izləyirik. Döyüş başlayanda ardından torpaqlarımızın işğaldan azad olunması xəbərini gözləyirdik. Təəssüf ki, bir neçə hərbiçimizin şəhid olması xəbərini aldıq.”

“Biz yaşadığımız dövlətdə (red.-Türkiyə) müxtəlif dövlətlərdən olan tələbələrlə tez-tez bir araya gəlirik, müxtəlif mövzularda müzakirələrimiz olu. Fürsətdən istifadə edib, azərbaycanlı olaraq biz də zaman-zaman öz növbəmizdə Dağlıq Qarabağ həqiqətlərimizi tarixi faktlara əsaslanaraq dostlarımıza çatdırırıq. Tarixi torpaqlarımızda özlərinə qondarma dövlət quran Ermənistanın  işğalçı olduğunu söyləyəndə dostlarımız bizimlə həmrəy olduqlarını bildirir, Azərbaycan tərəfinin haqlı olduğuna əminliklərini ifadə edirlər. Elə bu müzakirələrimizin nəticəsi olaraq, 13 iyul 2020-ci il də başlayanTovuz döyüşləri zamanı xarici dostlarımızdan yüzlərlə mesaj, zəng aldıq.  Başsağlığı dilədilər, Azərbaycan dövlətinin, millətinin yanında olduqlarını, eyni zamanda  bu xaincəsinə edilmiş hücumu öz ölkələrindəki dostlarıyla da paylaşdıqlarını bildirdilər”, - deyə Şəhla Aslan əlavə edib.

Şəhla Aslan Azərbaycanın Ermənistanla müharibə şəraitində  mübarizəsini elm yoluyla apardığını dilə gətirib:  

- Biz düşünürük ki, Ermənistan Azərbaycanın torpaqlarını geri qaytarmayana qədər biz də mübarizəmizi elmi yolla davam etdirəcəyik. Bizim cəbhəmiz elm, silahımız tarixi faktlardı.  Bütün dünyadakı dostlarımıza  həqiqətləri faktlarla çatdıracağıq!