\
4 Oktyabr 2024 - Cümə

Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb

Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb
1933baxış

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 321 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.

Bu barədə “Mediapress.az”ın Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 7,5 milyon ABŞ dolları təşkil edib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan siqaret məhsullarının həcmində 62,9% azalma qeydə alınıb.